İkimərtəbəli ev yanıb


Digərləri 27 May 2019 08:19:00 168 0

İkimərtəbəli ev yanıb

Zaqatalada ikimərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonunun Aşağı Tala kəndində ümumi sahəsi 156 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində mətbəxin və hamam otağının yanar konstruksiyaları 12 m² sahədə və 1 ədəd məişət texnikası yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.