Qitanas Naouseda Litvada prezident seçkilərində irəlidədir


Digərləri 27 May 2019 04:10:00 236 0

Qitanas Naouseda Litvada prezident seçkilərində irəlidədir

İqtisadçı Qitanas Nauseda, Litvada keçirilən prezident seçkilərinin ikinci mərhələsində üstünlüyünü gücləndirdi

Bakı. İqtisadçı Qitanas Nauseda, Litvada keçirilən prezident seçkilərinin ikinci mərhələsində üstünlüyünü gücləndirdi. Trend-in məlumatına görə, bu mərhələdə Q.Nauseda İnqrid Şimonite ilə rəqabət aparırdı. 1972 seçki məntəqələrindən 1142-dən yığılan bülletenləri emal etdikdən sonra Nauseda 73,99 faiz səs toplayıb. İ.Şimonite isə 26,01 faiz toplayıb. Seçkilərdə səsvermə hüququna malik 2,472 milyon vətəndaş iştirak edə bilib.