Misirdə yol qəzasında 9 polis əməkdaşı həlak olub


Digərləri 27 May 2019 02:15:00 246 0

Misirdə yol qəzasında 9 polis əməkdaşı həlak olub

Misrin İsmayiliya şəhəri yaxınlığında baş verən yol qəzasında ölkənin 9 polis əməkdaşı ölüb

Bakı. Misirin İsmayiliya şəhəri yaxınlığında baş verən yol qəzasında ölkənin 9 polis əməkdaşı ölüb. Trend-in məlumatına görə, bu barədə "Youm7" portalı xəbəri verir. Məlumata əsasən, həmin polis əməkdaşlarını aparan pikap, yük treyleri ilə toqquşub. Bundan dərhal sonra avtomobil alovlanıb. Avtomobildə olan iki polis zabiti və yeddi müddətli xidmətinin əsgərləri həlak olub.