Biz istədiyimizə nail olduq – qızıl medalı qazanan Azərbaycan gimnastları


Digərləri 26 May 2019 23:35:03 245 0

Biz istədiyimizə nail olduq – qızıl medalı qazanan Azərbaycan gimnastları

Biz layıqli çıxış etdiyimizə və qızıl medal qazanadığımıza görə xoşbəxtik

Bakı. Cani Babayeva - Biz layiqli çıxış etdiyimizə və qızıl medal qazanadığımıza görə xoşbəxtik. Bunu Trend-ə 11-ci Avropa Çempionatının böyüklər arasında aerodans proqramı üzrə birinci yeri tutan Azərbaycan gimnastları bildiriblər. Gimnastlarımız deyiblər: "Biz medallar barədə düşünmürdük, bizim üçün vacib olan finala qədər və finalda yaxşı çıxış etmək idi. Biz istədiyimizə nail olduq. Biz idmançıları hər şeydə dəstəkləyən Azərbaycan Gimnastika Federasiyasına, eləcə də bizə azarkeşlik edən tamaşaçılara minnətdarlığımızı bildiririk". İdmançılar qeyd ediblər ki, bütün auditoriya onlarla birlikdə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndiriblər və bu hissi sözlə demək mümkün deyil.. Qeyd edək ki, Azərbaycan komandasını aero dans proqramında Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva təmsil edib.