Burkina Fasoda kilsəyə silahlı hücumda üç adam öldürülüb


Dünya 26 May 2019 22:53:00 253 0

Burkina Fasoda kilsəyə silahlı hücumda üç adam öldürülüb

Burkina Fasonun şimalında olan kilsəyə bir qrup silahlı şəxslər tərəfindən hücum edilib.

Trend-in məlumatına görə, silahlı hücum nəticəsində ən azı üç nəfər öldürülüb.

Məlumata əsasən, Tolf yaşayış məntəqəsində ekstremistlər katolik kilsəyə hücum edib. Nəticədə bir neçə adam yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.