Acizlik, sizlamaq vә sәbir etmәk..


Digərləri 26 May 2019 22:40:00 213 0

Acizlik, sizlamaq vә sәbir etmәk..

Səbir - fəlakət zamanı qəlbin sabit olmasıdır. Səbir vә sızlamaq, bir-birinə zidd olub, biri digərinə qarşı çıxır. Belə ki, Uca Allah, cəhənnəm əhli'nin belә deyәcәklәrini xәbәr verәrәk buyurur:

"...İndi ağlayıb sızlasaq da, səbir etsək də, fərq etməz. Bizim üçün heç bir sığınacaq yoxdur!" (İbrahim, 21)

Sızlamaq - acizliyin yoldaşı və qardaşıdır. Səbir isə, ağlın yoldaşı və məhsuludur. Sızlamaqdan "atan kimdir" - deyə soruşduqda, "səbirdir" - deyә cavab vermişdir..

Nəfs - qulun miniyi olub, onunla Cənnət və ya Cəhənnəmə gedər. Səbir isə bu miniyin yüyəni və cilovu kimidir, bunlarsız özbaşına hər tərəfə gedə bilər.

Son.az islamevi.az-a istinadən bildirir ki, bəzi şəxslərdə özünə faydalı olan şeylәrә səbir etməsi, zərərli olanlara səbir etməsindən qüvvətlidir. Belələri ibadət və itaətin çәtinliyinә səbir edər, lakin qadağan olanlara səbir etməz. Bəzilərinin qadağalara səbir etməsi, ibadət və itaətin çәtinliyinә səbir etməsindən daha qüvvətlidir. Bəzilərində isә, bunların heç biri yoxdur..