Keçmiş icra başçısı vəfat etdi FOTO


Digərləri 26 May 2019 22:47:00 215 0

Keçmiş icra başçısı vəfat etdi  FOTO

Sumqayıtın sabiq icra başçısı vəfat edib.

Son.az oxu.az-a istinadən bildirir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Təvəkkül Məmmədov bu gün dünyasını dəyişib.

T.Məmmədov 2000-2003-cü illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Xatırladaq ki, Təvəkkül Məmmədov 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımça kəndində anadan olub.

Azərbaycan Neft və Kimya İnstitunu və Ali partiya məktəbini bitirib. Bakıda "Zaqfederasiya" gəmi təmiri zavodunda işləyib.

Sumqayıt Polimer tikinti materaialları kombinatında növbə rəsiliyindən direktor vəzifəsinə kimi yüksəlib. Bundan başqa 1976-1981-ci illərdə kombinata rəhbərlik edib.


Xəbərə aid foto