Bakıda aerobika gimnastikası üzrə AÇ-ın böyüklər arasında üçlük, qrup və aero dans proqramlarının qalibləri mükafatlandırılıb (FOTO)


Digərləri 26 May 2019 20:11:00 197 0

Bakıda aerobika gimnastikası üzrə AÇ-ın böyüklər arasında üçlük, qrup və aero dans proqramlarının qalibləri mükafatlandırılıb (FOTO)

Bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında trio, qrup və aero dans proqramları üzrə mükafatlandırma mərasimi keçirilib.

Bakı. Cani Babayeva - Bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında trio, qrup və aero dans proqramları üzrə mükafatlandırma mərasimi keçirilib. Trend-in məlumatına görə, trio proqramında birinci yerə Macarıstan idmançıları, ikinci yerə Rusiya gimnastları (ikinci komanda), üçüncü yerə isə rumıniyalı idmançılar (ikinci komanda) yüksəlib. İdmançıları Avropa Gimnastika İttifaqının (UEG) mətbuat xidmətinin rəhbəri Tina Gerets, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvü Monika Vitoff və Azərbaycanın əməkdar artisti, Bakıda 16-22 sentyabr tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatının səfiri Miri Yusif mükafatlandırıblar. Qruplar arasında qızıl medalı Rumıniya gimnastları qazanıblar, gümüş və bürünc medalların sahibləri müvafiq olaraq Bolqarıstan və Rusiya gimnastları olub. Mükafatları idmançılara UEG-in aerobika gimanstikası üzrə Texniki Komitəsinin başçısı Mariya Kristina Kazentini, yüksək münsiflər heyətinin üzvü Dimitrina Kandeva və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim ediblər. Aero dans proqramında qızıl medalı azərbaycanlı gimnastlar qazanıb, ikinci yerdə Rusiya, üçüncü yerdə isə Rumıniya komandası qərarlaşıb. Qalib və mükafatçıları UEG-in vitse-prezidenti Mişel Butar, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvü Alina Draqan və Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Mariana Vasileva təltif ediblər.