Avropa çempionatında gənclər arasında aero dans proqramında qaliblər məlum oldu (FOTO)


Digərləri 26 May 2019 13:55:00 195 0

Avropa çempionatında gənclər arasında aero dans proqramında qaliblər məlum oldu (FOTO)

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının gənclər arasında aero dans proqramında qalibləri müəyyənləşib.

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının gənclər arasında aero dans proqramında qalibləri müəyyənləşib. Aero dans proqramında birinci yerə rusiyalı gimnastlar laiq görülüb (17,700 bal), gümüş medalı Rumıniya gimnastları (17,350 bal), "bürüncü" isə macarıstanlı idmançılar qazanıb (17,200 bal). Azərbaycanın gənc komandası (Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova) 16,225 bal nəticəsi ilə 7-ci pillədə qərarlaşıblar. Xatırladaq ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.