Həftənin ilk iş gününə olan HAVA PROQNOZU açıqlandı


Digərləri 26 May 2019 12:40:00 209 0

Həftənin ilk iş gününə olan HAVA PROQNOZU açıqlandı

Bakı və Abşeron yarmadasında mayın 27-ə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata əsasən, hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 18-21° isti, gündüz  23-26° isti,

Bakıda gecə 19-21° isti, gündüz  23-25°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.