“Fiat Chrysler” və “Renault” birləşə bilər


Digərləri 26 May 2019 11:16:00 237 0

“Fiat Chrysler” və “Renault” birləşə bilər

İtaliya-ABŞ şirkəti "Fiat Chrysler" və Fransanın "Renault" korporasiyasının birləşməsi üzrə aparılan danışıqlarda "irəliləyiş" var.

Son.az Oxu.az-a istinadən bildirir ki, avtomobil istehsalçıları struktur məsələlərini birgə həll etməyə çalışırlar. Lakin mənbələr bildiriblər ki, danışıqlar hələ bitməyib və saziş istənilən an pozula da bilər.

"Reuters" da öz mənbələrinə istinadən, "Fiat Chrysler" və "Renault" arasında danışıqların aparıldığını bildirir. Agentlik söhbətin "hərtərəfli qlobal birləşmədən" getdiyini vurğulayır.