42 yaşlı Nardaran sakini itkin düşdü


Digərləri 26 May 2019 11:00:14 196 0

42 yaşlı Nardaran sakini itkin düşdü

Bakıda 42 yaşlı kişi itkin düşüb.

Bakı. Samir Əli - Bakıda 42 yaşlı kişi itkin düşüb. Trend-in məlumatına görə, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib. Qəsəbənin A.Zeynallı küçəsi ev 31-də yaşayan, 1977-ci il təvəllüdlü Babayev Sabir Anatolyeviç mayın 23-də günorta saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.