Yaponiyada iki gəmi toqquşub, itkin düşənlər var


Digərləri 26 May 2019 08:46:00 225 0

Yaponiyada iki gəmi toqquşub, itkin düşənlər var

Sakit okeanda, Tiba prefekturasından 11 kilometr aralıda iki Yaponiyaya məxsus gəmi toqquşub

Bakı. Sakit okeanda, Tiba prefekturasından 11 kilometr aralıda iki Yaponiyaya məxsus gəmi toqquşub. Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində gəmilərdən biri batıb və onun göyərtəsində olan 5 nəfər heyət üzvündən 4-ü itkin düşüb. Gəminin kapitanı xilas edilib. Qeyd edilir ki, qəza gecə saatlarında duman səbəbindən baş verib. Batan gəmi 1.6 min tona yaxın polad daşıyırmış və Osakaya gedirmiş.