İran XİN rəhbəri İraqın baş naziri ilə görüşüb


Digərləri 26 May 2019 02:13:44 194 0

İran XİN rəhbəri İraqın baş naziri ilə görüşüb

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bağdadda İraqın baş naziri Adil Abd Əl-Mehdi ilə görüşüb

Bakı. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bağdadda İraqın baş naziri Adil Abd Əl-Mehdi ilə görüşüb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İraq hökümətinin rəsmi "Telegram"-kanalında bildirilir. Məlumatda deyilir: "Xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə günü axşam saatlarında İraqın baş naziri Adil Abd Əl-Mehdi ilə görüşüb. Tərəflər ikitəfəli münasibətləri, o cümlədən regionda və dünyada vəziyyətin inkişafını müzakirə ediblər".