Yatarkən ruhumuz bədənimizdən çıxıb sərbəstləşirmi?


Digərləri 25 May 2019 22:10:00 232 0

Yatarkən ruhumuz bədənimizdən çıxıb sərbəstləşirmi?

Yuxugörmə həmişə insanlara heyrətamiz gəlib. Beynimiz bizimlə oyunmu oynayır, yoxsa yatarkən ruhumuz bədənimizdən çıxıb sərbəstləşirmi? Bu suallar illərdir insanları maraqlandırır.

Bir çox mənbə hələ də iddia edir ki, yuxuda olarkən doğurdan da insan ruhu bədəndən ayrılır. Tibb isə bütün bu vəziyyəti beyin prosesləri ilə izah edir. Yuxugörmənin ən böyük sirri də budur ki, bir neçə saniyə ərzində çox uzun sürən və bir-birini əvəz edən hadisələri görə bilirik. Bəs yuxuda olarkən oradakı zaman anlayışı necə hesablanır? 1-2 saniyə ərzində bu qədər hadisəni necə görə edirik? Özü də nəinki görə, hətta içində olduğumuz hadisəni bütün duyğuları ilə yaşayırıq. Bəs bu necə ola bilər?

Son.az e-tibb.az-a istinadən bildirir ki, alimlər bu sualların cavabını verməyə çalışıblar. Məsələn, bəzi mənbələr bildirir ki, insan vücudu günün sonunda yorğun olur və daxili orqanlar, əsas da beyin tamamilə zəifləyir. Və insan tam dərin yuxuya keçmədən yuxugörmə baş verir, bu isə düşüncələrimizin sintezidir. Aparılan araşdırmalara görə, görülən yuxuların çoxu unudulur, sadəcə bizə güclü təsir edənlər yadımızda qalır.

Bəzi alimlər isə bildirirlər ki, yuxugörmələr şüuraltı prosesin nəticəsidir. Belə ki, beynimizdə arxa planda qalan hadisələr özünü göstərir və s.

Məşhur psixoloq, eyni zamanda yuxu şərhçisi olan Ziqmund Freyd yuxugörmə barəsində "Röyalar gündəlik həyat qayğıları ilə basdırılan şüuraltı istəklərimizin üzə çıxmasıdır" deyib. Freydə görə, bizim hansı istəklərimizi basdırdığımızdan xəbərimiz olmaya bilər, buna görə də, yuxuda gördüyümüz simvolların mahiyyətini tapmaq və bunu izah etmək çox önəmli məsələdir.

Araşdırmalara görə, insan tamamilə yorulub əldən düşmədiyi günlərdə 4-7 yuxu görə bilər. Amma ola bilər ki, biz bunların heç birini də xatırlamayaq. Bəzən insanlar gördüyü yuxunu unudur, sonra isə həmin yuxuda baş verən hadisəyə oxşar bir halla rastlaşanda onu "mən bunu haradan xatırlayıram" deyir, bu isə narahatlıq yaradır.

Alimlərin qeydinə görə, yuxunun bir neçə növü var: 

1. Sadə yuxular. İnsanlar gün ərzində və ya elə yatmazdan əvvəl yaşanan hadisədən təsirlənərək yuxu görür. Bunlar sadə yuxulardır.