Qarpızın faydaları


Digərləri 25 May 2019 21:10:00 260 0

Qarpızın faydaları

Qarpızı xoşlamayan çətin tapılar. Hər kəsin sevə-sevə yediyi qarpızın faydaları isə saymaqla bitməz. Oruc tutanlar üçün də ən çox tövsiyə olunan qidalardan olan qarpız susuzluğu aradan qaldırmaq, orqanizmdə maye ehtiyatı toplamaq baxımından əvəzolunmaz sayılır.

Qarpız bədəndə artıq kalori yığılmasına yol vermir. Bir porsiya qarpız sadəcə, 80 kalori qazandırır. Qarpız A, C vitaminləri ilə zəngin, potasium qaynağıdır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bədəndə su ehtiyatının azalmasının qarşısını alır, qarpızın 92 faizi sudan ibarətdir. Qarpızı həm yemək, həm də suyunu süzüb içmək olar. Hər iki halda orqanizmin maye ehtiyacını ödəyi bilir.

Qarpız likopenlə zənginidir. Pomidor, qreyfurt kimi qarpız da qırmızı rəngini və güclü antioksidant olma xüsusiyyətini məhz likopendən alır.

Aparılan araşdırmalara görə, likopen kardiovaskulyar xəstəliklər, bir sıra xərçəng növləri və kataraktanın qarşını ala bilir.

Daha çox likopen mənimsəmək istəyirsinizsə, qarpızın tünd qırmızı hissəsini yemək lazımdır.