Gəmidə partlayış Azı 50 yaralı var


Dünya 25 May 2019 20:36:00 232 0

Gəmidə partlayış  Azı 50 yaralı var

Tailandın Lemçabanq limanında yerləşən terminallardan birində Honkonq gəmisində güclü partlayış baş verib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, partlayışın ardınca yanğın baş verib. İnsident nəticəsində təxminən 50 nəfərin yanıq və digər xəsarətlər aldığı, eləcə də tüstüdən zəhərlənməsi deyilir.

Yanğını lokallaşdırmaq mümkün olub. Partlayışın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Fatkla bağlı araşırmalara başlanılıb.