Yayda uşaqları necə geyindirmək lazımdır?


Digərləri 25 May 2019 20:20:00 214 0

Yayda uşaqları necə geyindirmək lazımdır?

Yayda uşaqlara geyim seçərkən birinci parçanın tərkibinə fikir vermək vacibdir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr Günay Rəsulova bildirib. G.Rəsulovanın sözlərinə görə, pambıq geyimlərə üstünlük verilsə, daha yaxşı olar: "Bu parçalar həm uşağın dəri tənəffüsünü pozmur, həm də allergik təsir yaratmır. Yayda çox isti geyim seçmək düzgün deyil. Qalın geyimlər uşağın tez tərləməsinə və dəridə səpgilərin əmələ gəlməsinə gətirib çıxarır. Mümkün qədər pambıq və kətan parçalara önəm verilməlidir. Sintetik geyimlər uşaq orqanizminə hərtərəfli ziyandır. Bundan başqa, uşaqları Günəş şüalarına çıxararkən papaq geydirmək lazımdır. Papaq seçiminə də diqqət edilməlidir. Məsləhətdir ki, kepka tipli papaqlara müraciət edilsin".