Külək Qusarda evlərin damını uçurub,


Digərləri 25 May 2019 20:26:00 253 0

Külək Qusarda evlərin damını uçurub,

Güclü külək Qusarda fəsadlara səbəb olub.

Son.az oxu.az-a istinadən bildirir ki, nəticədə Qusar şəhər 2 saylı məktəbin dam örtüyü uçub.

Rayonun bəzi kəndlərində külək yaşayış evlərinin damına ziyan vurub. Ağacların yollara aşması nəticəsində bəzi istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşıb. Rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib, elektrik enerjisinin verilişi dayandırılıb.

Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.