Azərbaycan komandası aerobika gimnastikası üzrə Avropa Çempionatında qruplar arasında finala yüksəlib


Digərləri 25 May 2019 18:50:00 156 0

Azərbaycan komandası aerobika gimnastikası üzrə Avropa Çempionatında qruplar arasında finala yüksəlib

Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında qruplar tərkibində çıxış edən böyük gimnastlar arasında finalçılar məlum olub

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında qruplar tərkibində çıxış edən böyük gimnastlar arasında finalçılar məlum olub. Trend-in məlumatına görə, Azərbaycanın qrup komandası (Balaxanım Əhmədova, Vladimir Dolmatov, Nərminə Hüseynova, İmran İmranov, Mədinə Mustafayeva) 19.555 bal toplayaraq finala yüksəlib. Azərbaycan komandası ilə yanaşı finala Bolqarıstan (22.066 bal), Rusiya (22.000 bal), Rumniya (21.983 bal), İtaliya (21.961 bal), Macarıstan (21.438 bal), İspaniya (20.472 bal) və Böyük Britaniya (19.172 bal) komandaları yüksəliblər. Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.