“CinemaPlus”da “Yaraşıqlı, pis, əclaf” filminin Azərbaycan dilində nümayişi keçirilib VIDEO FOTO


Digərləri 25 May 2019 18:24:00 1186 0

“CinemaPlus”da “Yaraşıqlı, pis, əclaf” filminin Azərbaycan dilində nümayişi keçirilib  VIDEO  FOTO

"Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında "Cinemazadeh" studiyasının 2019-cu ildə olunmuş peşəkar dublyajı ilə "Yaraşıqlı, pis, əclaf" filminin öz dilimizdə nümayişi keçirilib.

Film real hadisələr əsasında çəkilib və ən qəddar qatillərin birindən bəhs edir.

Tədbirin təşkilində dəstək olmuşdular: "Cinemazadeh" dublyaj studiyası, Cinema Distribution.

Filmi səsləndiriblər Əlixan Rəcəbov, Günel Məmmədova, Emin Nəsirli, Azadə Abbasova, Təranə Ocaqverdiyeva, Vüsal Həci-Qədir, Rəhim Rəhimov, Aysun Ələskərova, Samir Ələskərov, Vügar Hüseynov, Ofeliya Novruzqızı, Erkin Ergin, Ərtoğrul Kamalov, Aytac Vəlibəyli, Pərviz Bağırov, Azər Abdullayev və Gülnarə Zulalova.

Dublyajın rejissoru Samir Ələskərov, baş redaktoru Vüqar Hüseynov, tərcümə və redaktoru Vüsal Əhmədzadə, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağamalik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə,  icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.

Filmin rejissoru Co Berlinger.