Aerobika gimnastikası üzrə Avropa Çempionatında qadınlar arasında fərdi proqramda finalçılar məlum olub


Digərləri 25 May 2019 16:01:00 198 0

Aerobika gimnastikası üzrə Avropa Çempionatında qadınlar arasında fərdi proqramda finalçılar məlum olub

Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında qadınlar arasında fərdi proqramda finalçılar məlum olub

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında qadınlar arasında fərdi proqramda finalçılar məlum olub. Trend-in məlumatına görə, finala Yekaterina Pıxtova (Rusiya, 21.300 bal), Ayşə Bequm Onbaşı (Türkiyə, 21.200 bal), Tatyana Konakova (Rusiya, 21.500 bal), Darina Paşova (Bolqarıstan, 21.000), Anna-Mariya Stoilova (Bolqarıstan, 20.850 bal), Belen Qiyemo Esterliç (İspaniya, 20.650 bal), Sara Silva (Portuqaliya, 20.600 bal), Sandra Kristina Dinka (Rumıniya, 20.450 bal) çıxıblar. Azərbaycan gimnastları Xoşqədəm Quliyeva (18.400 bal) və Nərminə Hüseynova (17.400 bal) 24 və 31-ci yerləri tutaraq finaldan kənarda qalıblar. Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.