Azərbaycan gimnastları: Hamı məmnundur və nəticədən razıdır


Digərləri 25 May 2019 14:50:00 219 0

Azərbaycan gimnastları: Hamı məmnundur və nəticədən razıdır

Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında aero-dans proqramında finala çıxmış Azərbaycan komandası çıxışdan razı qalıb

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında aero-dans proqramında finala çıxmış Azərbaycan komandası çıxışdan razı qalıb Bunu Trend-ə gimnastlar özləri deyib. Komandanın üzvü İmran İmranov bildirib ki, hər şey yaxşı keçib: “Bizim bu gün digər kateqoriyalarda – cütlük, üçlük və qrup proqramlarında çıxışlarımız olacaq. Zalın dəstəyi möhtəşəmdir”. Komandanın digər üzvü Elçin Məmmədov deyib ki, gimnastlar məşqçinin bütün tapşırıqlarını yerinə yetirməyə çalışıb: “Hamı məmnundur və nəticədən razıdır. Ümid edirəm ki, finalda da layiqli nəticə göstərə biləcəyik”. Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.