Sarkisyanla Koçaryan gizlincə görüşüblər


Dünya 25 May 2019 14:27:00 227 0

Sarkisyanla Koçaryan gizlincə görüşüblər

Ermənistanın sabiq prezidentləri Serj Sarkisyanla Robert Koçaryanın gizli şəkildə görüşdüklərinə dair xəbər yayılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Qaraparak" qəzeti yazır ki, son günlər keçmiş hakim partiyanın ofisində aktivlik müşahidə edilir.

"Partiyanın rəhbəri, eks-prezident Serj Sarkisyan gecə saatlarına qədər ofisində partiya üzvlərini qəbul edir. O, hətta bir neçə gün öncə Koçaryanın qəbulunda olub ",- məlumatda qeyd olunub.