XƏBƏRDARLIQ! Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək


Digərləri 25 May 2019 14:10:00 185 0

XƏBƏRDARLIQ! Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək

Yaxın üç gün ərzində Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək.

Bakı. İlhamə İsabalayeva - Yaxın üç gün ərzində Azərbaycanın bəzi ərazilərinə yenidən dolu düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 26, 27 və 28-də respublikanın rayonlarında hava şəraitinin dəyişkən olacağı gözlənilir. Mayın 29-dək əsasən gecə və axşam saatlarında şımşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.