Çingizin başına "tale quşu" qondu


Şou-biznes 25 May 2019 13:28:00 232 0

Çingizin başına "tale quşu" qondu

"Eurovision 2019"da Azərbaycana 8-ciliyi qazandıran Çingiz Mustafayevdən yeni xəbərlər var.

Son.az xəbər verir ki, Təl-Əvivdə keçirilən 64-cü "Eurovision" müsabiqəsində ölkəmizi təmsil edən gənc müğənninin başına tale quşu qonub. Belə ki, müğənninin prodüserinin nömrəsinə yarışın finalı gecəsi 1200-dən çox zəng daxil olub. Onların əksəriyyətinin xarici şirkət nümayəndələri olduğu məlum olub.

Çingiz "Zaurla Günaydın"da sabah Avstriya və ardınca Almaniyaya getməyə hazırlaşdığını bildirib. Müğənni səfərinin məqsədinin şirkətlərdən gələn təklifləri dəyərləndirmək olduğunu da açıq etiraf edib.

Ətraflı videoda: