Yaponiyada 5,1 ballıq zəlzələ Tokionu silkələdi


Digərləri 25 May 2019 11:32:00 173 0

Yaponiyada 5,1 ballıq zəlzələ Tokionu silkələdi

Tokionun şərqində Tiba prefekturasında güclü zəlzələ baş verib.

Bakı. Tokionun şərqində Tiba prefekturasında güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, Yaponiya Milli Meteoroloji Xidməti yeraltı təkanların 5,1 bal gücündə qeydə alındığını bildirib. Zəlzələ 40 km dərinlikdə olub. Təkanların Tokioda da hiss olunduğu deyilir. Dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.