Bakıda kafe sahibi qətlə yetirildi


Digərləri 25 May 2019 11:01:00 214 0

Bakıda kafe sahibi qətlə yetirildi

Bakıda kafedə qətl hadisəsi törədilib.

Bakı. Samir Əli - Bakıda kafedə qətl hadisəsi törədilib. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonundakı 9 saylı yataqxananın qarşısındakı kafedə baş verib. Həmin kafenin icarədarı, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Sadıqov Zahid Yaqub oğlunun üzərində xəsarətlər olan meyiti kafedə aşkar edilib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.