Azərbaycanda 5 uşaq anası özünü asdı


Digərləri 25 May 2019 09:48:00 215 0

Azərbaycanda 5 uşaq anası özünü asdı

Bu gün səhər saat 4 radələrində Neftçala rayonunda intihar hadisəsi baş verib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Neftçala rayonunun Xəzərkənd kəndinin sakini, 1989-cu ildə anadan olmuş Turanə Gülhüseyn qızı Sərhədova özünü həyətlərindəki yarımtikilinin qapısından asaraq intihar edib.

Hələlik intiharın dəqiq səbəbi müəyyən olunmasa da, hadisənin ailənin qaytara bilmədiyi borc ucbatından baş verdiyi deyilir.

Məlumata görə, qadın 5 uşaq anasıdır. 

Faktla bağlı araşdırma aparılır.