NATO yeni hərbi strategiya hazırlayır
Dünya 25 May 2019 08:18:00 223 0
NATO "Rusiya tərəfindən gələn nüvə təhlükəsi"nə görə son on il ərzində ilk dəfə olaraq yeni hərbi strategiya tətbiq edəcək.
Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq Almaniyanın "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.
"Bu həftə bizim hərbi ekspertlərimiz alyans üçün yeni hərbi strategiya (tətbiq edilməsi - red.) haqqında qərar veriblər", - NATO-nun baş katibi bildirib.
Onun sözlərinə əsasən, belə bir addıma səbəb "qərb ölkələrinə Rusiya tərəfindən gələn nüvə təhlükəsi"dir.
Mənbə: milli.az