Məşhur alim xərçəngin yaranma SƏBƏBİNİ AÇDI


Digərləri 24 May 2019 23:54:00 222 0

Məşhur alim xərçəngin yaranma SƏBƏBİNİ AÇDI

Xərçəngin yaranmasının əsl səbəbini açıqlayan türkiyəli professor Canan Karatay səhərlər ət yeməyi tövisyə edib.

Son.az xəbər verir ki, kardioloq Artvin Çoruh Universitetinin tələbələriylə görüşüb.

Sağlam qidalanmaq haqqında verdiyi açıqlamaları ilə böyük müzakirələrə səbəb olan kardioloq Türkiyədə və Avropada xərçəng xəstəliklərinin artmasının əsas səbəbinin 1986-ci ildə Ukraynanın Çernobıl şəhərində yerləşən nüvə stansiyasının partlaması olduğunu vurğulayıb:

"Çernobıl hadisəsi bütün Avropa və Türkiyəyə təsir edib. Avropada bir çox ölkə bunun üçün tədbirlər görüb. O dövrün liderləri bunu gizlətməyə çalışdı ki, insanlar təşvişə düşməsin. Amma radiasiya buludu üzərimizdən keçib və bunu inkar etmək olmaz.

Xərçəng xəstəliklərinin artımında qidalanmanın böyük payı yoxdur. Qara dənizin çayı, balığı, fındığı çox sağlamdır, ancaq bunlar şüayla birləşəndə zərərli olur. Sağlam olmaq üçün bol-bol cağ kababı, kənd toyuğu və Trabzon yağı yeməyi məsləhət görürəm".

Daha sonra Canan Karatay bildirib ki, şəkər xəstəliyi yanlış qidalanma nəticəsində yaranır:

"Gənclər bizim gələcəyimizdir. Onların sağlam olması üçün sağlam qidalanması lazımdır. Sağlam düşüncə sağlam bədəndə olur. Ruh və bədən sağlamlığı bir-birindən ayrılmır, onlar vəhdət təşkil edir. Odur ki, bütünlüklə sağlam olmaq üçün torpağın sağlam olması vacibdir.