Şəkər xəstələri üçün dərman qədər vacib toxum alimlərdən ŞOK


Digərləri 24 May 2019 22:25:00 257 0

Şəkər xəstələri üçün dərman qədər vacib toxum  alimlərdən ŞOK

Şəkərli diabet xəstələri dərman, qidalanma və insulin qəbulundan başqa, qanda qlükozanı normada saxlamaq və təmizlənmək üçün kətan toxumu və dəmləməsindən də istifadə etməlidir. Bunu təkcə xalq təbabəti yox, alimlər də məsləhət görür.

Son.az medicina.az-a istinadən bildirir ki, Amerika tibb alimləri çoxillik tədqiqatlarını yekunlaşdıraraq, kətan toxumunun diabet və piylənmədən əziyyət çəkən obezete xəstələrinin müalicəsində və profilaktikasında effektiv təsirinin olduğunu sübut etdilər.

Nəzarət qrupunda kətan toxumu ilə sınaqlar göstərdi ki, bu toxum qanda uzun müddət şəkəri salır, normada saxlayır, həzm prosesini yaxşılaşdırır, artıq çəkili insanlarda arıqlamağa və insulin rezistentliyi azaltmağa səbəb olub.

Kətan toxumu diabetdə 2 istiqamətdə təsir edir: onun toxumları Omeqa 3 turşu yağları ilə, eləcə də həzmi yaxşılaşdıran liflərlə zəngindir.

Yadda saxlayın ki, toxumlar bütov halda qəbul olunsa faydasızdır, onlar elə bağırsaqdan sovrulmayıb bütöv də xaric edilir. Ona görə orqanizmə toxumun döyülüb un halına salınmış forması düşməlidir. 

Un halına salınmış toxumları yeməyə, salata, şorbalara qatıb yemək də olar, onun dəmləməsini hazırlayıb içmək də.  Dəmləmə üçün toxumlar bütöv də ola bilər. Onlar çox şişdiyi üçün qab geniş, su çox olmalıdır.

İnsan kətan toxumu qəbul etdiyi gün çoxlu adi su tükətməlidir. Çünki bağırsaqlardan şişmiş toxumların keçməsi üçün maye lazımdır.   Necə hazırlamalı?

3 xörək qaşığı üyüdülmüş kətan toxumunun üzərinə 1 stəkan yarım ilıq su töküb, ağzını bağlayıb, gecədən səhərə kimi saxlayın. Səhər bunu zəif odda qaynadıb, bir qədər soyudub, süzün.