Rumınlar Brexitdən sonra Britaniyada qalmağı planlaşdırırlar


Dünya 24 May 2019 21:45:00 235 0

Rumınlar Brexitdən sonra Britaniyada qalmağı planlaşdırırlar

Böyük Britaniyada Brexit-dən sonra yaşayış icazəsi üçün müraciət edən avropalıların əksəriyyəti rumınlardır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, altı yüz min müraciət arasında rumınlardan sonra italyanlar və polşalılar gəlir. Yaşayış icazəsi ilə bağlı müraciətlər 2018-ci ilin oktyabr ayından başlayaraq qəbul edilib. 2021-ci ilin iyun ayında isə sənədlərin verilməsi dayandırılacaq. Böyük Britaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, sənədlərin 95 faizi müsbət cavablandırılıb. Qeyd olunub ki, Brexit-dən sonra ölkədə təqribən 4 milyon avropalının qalması güman edilir.