Ötən əsrin ən mənasız avtomobil dizaynları FOTO


Digərləri 24 May 2019 21:18:00 225 0

Ötən əsrin ən mənasız avtomobil dizaynları  FOTO

Dünya avtomobil istehsalçılarının bəzən çox uğursuz modelləri olur. Amma bu modellər konseptlərdən yaranır. Yeni modelin hazırlanması xarici görünüşün dizaynından başlayır.

Son.az ölkə.az-a istinadən ötən əsrin ən mənasız və uğursuz modellərinin siyahısını təqdim edir.

Honda Fuya-Jo

1999-cu ildə istehsal edilib. Bu illər avtomobilin forma və ölçüsü üzərində təcrübə illəri idi. "Honda"nın bu modeli böyük şəhərlər üçün nəzərdə tutulmuşdu və çox gülməli xarici görünüşü var idi.

Honda HP-X

1984-cü ildə istehsal edilib. Bu illərdə bazarda futurustik dizaynlı maşınlar təqdim edilirdi. "HP-X" modeli hətta "Turbo" saqqızlarına da əlavə edilmişdi. Amma avtomobilin hava müqaviməti sıfır səviyyəsində idi.

İsuzu Nagisa

1991-ci ildə istehsal edilib. Şirkət qayıq və avtomobilin sintezini istehsal etmək istəyib. Prototip həm idman maşınını, həm də cakuzini xatırladırdı.


Xəbərə aid fotolar