İran tibb tarixində ilk dəfə açıq ürək əməliyyatı keçirən azərbaycanlının doğum günüdür


Digərləri 24 May 2019 20:04:00 280 0

İran tibb tarixində ilk dəfə açıq ürək əməliyyatı keçirən azərbaycanlının doğum günüdür

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya" Metodik Mərkəzinin könüllüləri tərəfindən Azərbaycandilli "Vikipediya"da azərbaycanlı cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin Idarə Heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" jurnalının təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi Cavad Heyət haqqında məqalə əsaslı redaktə olunub.

Son.az xəbər verir ki, bu hadisə böyük alimin anadan olmasının 94-cü il dönümünə təsadüf edir. Məqalədə böyük alimin həyat və yaradıcılığı öz əksini tapıb. Məqalə ilə bu linkdə tanış ola bilərsiniz:  https://az.wikipedia.org/wiki/Cavad_Hey%C9%99t?fbclid=IwAR3FI2sBptzBDRzxjv99x_Asip5NjCfNhu1EGKxIN7h6fMyfPpGZgoK1FJw