Neftçalada 3 tona yaxın çətənə kolu aşkarlanıb


Digərləri 24 May 2019 20:08:55 188 0

Neftçalada 3 tona yaxın çətənə kolu aşkarlanıb

Neftçalada 3 tona yaxın çətənə kolu aşkarlanıb

Bakı. Neftçalada 3 tona yaxın çətənə kolu aşkarlanıb. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında 1-ci Mayak kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yabanı halda bitmiş çəkisi 2,9 ton olan 1642 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.