ETSN-də bilik yarışı keçirilib (FOTO)


Digərləri 24 May 2019 19:46:33 207 0

ETSN-də bilik yarışı keçirilib (FOTO)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramına həsr olunmuş bilik yarışı keçirilib.

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) işçilərinin peşə bayramına həsr olunmuş bilik yarışı keçirilib. ETSN-dən Trend-ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə keçirilən yarışda bir sıra dövlət qurumları, qeyri-hökumət təşkilatları və jurnalistlər iştirak edib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarış 17 komandadan ibarət olub. “Xəmsə” formatında üç mərhələdən ibarət olan bilik yarışında yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanıb. Digər 4 komanda isə həvəsləndirici mükafat uğrunda mübarizə aparıblar. Yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin komandası birinci, İqtisadiyyat Nazirliyinin komandası ikinci, Dövlət Turizm Agentliyinin komandası isə üçüncü yeri tutub. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bilik yarışmasında maksimal nəticə göstərərək qalib gələn komandaların üzvlərini təbrik edib, onlara daha böyük qələbə uğurları arzulayıb. Qalib komandalara diplomlar və mükafatlar təqdim olunub.