Meymun bulvarda insanlara hücum etdi


Dünya 24 May 2019 19:16:00 332 0

Meymun bulvarda insanlara hücum etdi

Hindistanın Badnavar şəhərində 9 gün ərzində vəhşi meymun insanlara hücum edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hücumlar şəhər bulvarının mərkəzi hissəsində qeydə alınıb.

Hücum nəticəsində meymunun dişlədiyi 60 yaşlı kişi ölüb, daha 9 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra şəhərdə meriyaya qarşı etiraz aksiyası başlayıb. İnsanlar şəhər merindən təhlükəsizliyə cavabdeh olmağı tələb ediblər.