Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı


Digərləri 24 May 2019 18:58:00 194 0

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda "QAZ 32213" markalı avtomobilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "QAZ 32213" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsininə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin salonundan - dam örtüyünün altından 26 000 ədəd "King" və 1000 ədəd "Parliament Silver Blue" markalı siqaretlər aşkarlanıb.


Xəbərə aid fotolar