Niyamın "çörçöp" qalmaqalına münsiflər də qoşuldu


Şou-biznes 24 May 2019 18:40:00 252 0

Niyamın "çörçöp" qalmaqalına münsiflər də qoşuldu

Müğənni Niyam Salaminin "Yenu ulduz" ifaçılarını "çör-çöp" adlandırması ətrafında qalmaqal səngimək bilmir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə yarışmada münsif kürsüsündə oturan Xalq artisti Mübariz Tağıyev və "Soy" prodakşının və layihənin rəhbəri Oqtay Əliyev məsələyə fikir bildirib.

O.Əliyev açıqlamasında "Yeni ulduz" iştirakçılarının Azərbaycan estradasındakı rolundan bəhs edib:

"Onun sözlərinin iki mənası var: əgər Niyam bunu qara, pis, atmaca, sancma fikri ilə desəydi, münasibət başqa olardı. Niyam burada bənzətmə edib. Əslində, şou-biznesi, insanları əşyaya bənzətmək düz deyil. Yenə də ümid edirəm ki, onun çörək kəsdiyi, münasibəti olduğu insanlara qarşı fikri pis olmayıb.

Amma həmin o, "çör-çöp"lər Azərbaycan estrada janrında öz sözünü demiş, dünya səhnələrini fəth etmiş gənclərdir. Safura, Aysel, Çingiz, İlhamə, Elvin, Azad Şabanov və başqaları tanınır. Bunların heç biri küncdə, bucaqda, səviyyəsiz, mənasız mahnılar oxuyub, çıxıb onla-bunla qalmaqal edənlər deyil. Onlar qısa vaxt da olsa, bir məktəb keçdilər. Həmin ifaçılar bu məktəbin əlaçı tələbələridir.

Hamımız da ümidvarıq gələcək onların əlindədir. Dedikləri "çör-çöp"lər Azərbaycan estradasında balaca da olsa, imza qoyacaqlar".