Azərbaycanda rayon məhkəmələrinin baxdığı işlərin dairəsi genişləndirilir


Digərləri 24 May 2019 18:26:00 231 0

Azərbaycanda rayon məhkəmələrinin baxdığı işlərin dairəsi genişləndirilir

Azərbaycanda rayon (şəhər) məhkəmələrinin inzibati xətalar haqqında baxdığı işlərin dairəsi genişləndirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilir.

Bu dəyişikliklə bələdiyyələrlə bağlı məsuliyyətin müəyyən edilməsi yerli məhkəmələrin səlahiyyətinə daxil edilir.

Məcəllənin hazırda mövcud olan variantına əsasən, çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə cərimə tətbiq edilir. Bunun üçün vəzifəli şəxslər 300 manatdan 500 manatadək cərimələnirlər.