Yevlax dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib (FOTO)


Digərləri 24 May 2019 17:52:00 226 0

Yevlax dəmir yolu qovşağında kompleks mülki müdafiə təlimi keçirilib (FOTO)

Müasir dövrdə dünyada və Azərbaycan Respublikasında baş verən təbii fəlakətlər və texnogen qəzalar zamanı əhalinin mühafizəsini təşkil etmək əsas məsələlərdən biridir.

Bakı. Müasir dövrdə dünyada və Azərbaycan Respublikasında baş verən təbii fəlakətlər və texnogen qəzalar zamanı əhalinin mühafizəsini təşkil etmək əsas məsələlərdən biridir. "Azərbaycan Dəmir Yolları"ndan (ADY) Trend-ə verilən məlumata görə, qurumun 2019-cu il üçün mülki müdafiə tədbirlər planına müvafiq olaraq, Yevlax dəmir yolu stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirilib. Bununla əlaqədar olaraq, Yevlax dəmir yolu mülki müdafiə qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti, stansiya ərazisində yerləşən qeyri-dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunub. Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin mülki müdafiə planlarının reallığını əks etdirməkdir. Mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsidir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti ilə təşkil olunan təlimdə qovşağın obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələri iştirak ediblər. Yevlax dəmir yolu qovşağının ərazisində keçirilən kompleks təlim həyəcan siqnalının verilməsi ilə başladı. Rəhbər işçilər qovşaq Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplandılar. Qovşaq rəhbəri məlumat verdi ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində iki yük vaqonu relsdən düşüb və aşıb, xəsarət alanlar var. Dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan yanğın baş verib, stansiyanın xidməti binalarının bəzi sahələrində uçqunlar olub, uçqunlar altında qalanlar, ölənlər və yanğından zərər çəkənlər və xəsarət alanlar var.