Aerobika gimnastikası üzrə Avropa çempionatında trio proqramında finalçılar məlum olub


Digərləri 24 May 2019 17:56:27 196 0

Aerobika gimnastikası üzrə Avropa çempionatında trio proqramında finalçılar məlum olub

Aerobika gimnastikası üzrə Avropa çempionatında gənclər arasında trio proqramında finalçılar məlum olub

Bakı. Cani Babayeva - Aerobika gimnastikası üzrə Avropa çempionatında gənclər arasında trio proqramında finalçılar məlum olub. Trend-in məlumatına görə, finala Rusiyanın birinci komandası (20.000 xal), Macarıstanın ikinci komandası (19.600 xal), İtaliyanın birinci komandası (19.250 xal), Macarıstanın birinci komandası (19.150 xal), Bolqarıstanın ikinci komandası (19.050 xal) və İspaniyanın birinci komandası (19.050 xal) vəsiqə qazanıb. Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb. Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.