Ukraynalı gimnast: Bakıda Avropa çempionatının iştirakçıları üçün zəruri şərait yaradılıb


Digərləri 24 May 2019 16:13:00 185 0

Ukraynalı gimnast: Bakıda Avropa çempionatının iştirakçıları üçün zəruri şərait yaradılıb

Ukraynalı gimnast Yevfgeniya Nedzvedska Avropa çempionatındakı çıxışından tam razı qalmayıb

Bakı. Cani Babayeva - Ukraynalı gimnast Yevgeniya Nedzvedska Avropa çempionatındakı çıxışından tam razı qalmayıb. Bunu Trend-ə gimnast özü deyib. O, bir neçə səhvə yol verdiyini bildirib: “Avropa çempionatında mən həm fərdi proqramda, həm də trionun tərkibində çıxış edirəm. Fərdi proqramda çıxış etmək daha rahatdır, çünki yalnız özün üçün məsuliyyət daşıyırsan. Amma trionun və ya komandanın tərkibində səhv etsən, bütün komanda uduzur”. İdmançı bildirib ki, Bakıda Avropa çempionatının iştirakçıları üçün zəruri şərait yaradılıb. Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb. Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.