Aerobika gimnastikası üzrə Azərbaycan komandası: Hər şey yaxşı keçdi


Digərləri 24 May 2019 15:00:01 207 0

Aerobika gimnastikası üzrə Azərbaycan komandası: Hər şey yaxşı keçdi

Aerobika gimnastikası üzrə Avropa çempionatında gənclər arasında aero-dans proqramında iştirak edən Azərbaycan komandası öz çıxışından razıdır

Bakı. Cani Babayeva - Aerobika gimnastikası üzrə Avropa çempionatında gənclər arasında aero-dans proqramında iştirak edən Azərbaycan komandası öz çıxışından razıdır. Bunu Trend-ə finala yüksəlmiş gimnastlar deyib. Gimnastlar hərəkətləri çox yaxşı yerinə yetirdiklərini bildirib: “Hər şey yaxşı keçdi. Biz gözəl hisslər keçiririk. İnana bilmirik ki, buz bunu edə bildik. Aerobika gimnastikası üzrə Avropa çempionatı Bakıda ilk dəfə keçirilir. Biz məsuliyyəti tam başa düşürdük və bilirdik ki, layiqli nəticə göstərməliyik”. Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb. Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.