Filarmoniyada “Vətən uzaqda deyil” adlı konsert olacaq


Digərləri 24 May 2019 14:13:00 210 0

Filarmoniyada “Vətən uzaqda deyil” adlı konsert olacaq

Mayın 25-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Vətən uzaqda deyil” adlı konsert keçiriləçək.

Bakı. Mayın 25-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Vətən uzaqda deyil” adlı konsert keçiriləçək. Trend-in məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyilə keçirilən konsert, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və 28 May – Azərbaycan Demokratik Respublikasının yaradılmasının 101-ci ildönümünə həsr edilir. Konsertdə Sergey Rahmaninovun piano və orkestr üçün 3 nömrəli konserti (piano – İslam Manafov, dirijor – Abuzər Manafzadə), Jud Fridman və Alan Riçin “Run to You”, Rauf Hacıyevin “Azərbaycan” (vocal – Karen Danger-Manafzadə, dirijor – Turan Manafzadə), Abuzər Manafzadənin balaban və simfonik orkestr üçün konsert kimi əsərlər ifa olunacaq. Musiqiçiləri balaban və zərb alətlərində Nicat Məsimov və Mehman Xalıqzadə müşayiət edəcəklər.