"Deloitte Azərbaycan" 4-cu buraxılışını təqdim edir


Digərləri 24 May 2019 10:35:00 202 0

"Deloitte Azərbaycan" 4-cu buraxılışını təqdim edir

"Deloitte Azərbaycan", məmnuniyyətlə, “Azərbaycanda İqtisadi Perspektivlər” adlı makroiqtisadi təhlili özündə əks etdirən nəşrin 4-cu buraxılışını sizə təqdim edir.

Bakı. "Deloitte Azərbaycan" məmnuniyyətlə “Azərbaycanda İqtisadi Perspektivlər” adlı makroiqtisadi təhlili özündə əks etdirən nəşrin 4-cu buraxılışını sizə təqdim edir. Hesabatda 2019-cu ilin mart-aprel aylarında Azərbaycanın aparıcı şirktələrinin rəhbərləri ilə aparılan sorğu nəticəsində toplanan unikal məlumatlar öz əksini tapıb. Bu dəfə ümumi iqtisadi mühitin təhlili ilə yanaşı, "Deloitte" maliyyə xidmətləri və qeyri-neft sektorunun inkişafı sahəsində tendensiyaları daha ətraflı şəkildə nəzərdən keçirmiş və xarici investisiyaların cəlb edilməsini təhlil edib. Sorğu iştirakçıları qeyri-neft sektorunun inkişafına böyük maraq nümayiş etdirib və onların əksəriyyəti növbəti 5 il ərzində kənd təsərrüfatı və turizm sahəsinin sürətlə inkişaf edəcəyinə inandıqlarını bildiriblər. Eyni zamanda, iştirakçıların əksəriyyəti (86%) Azərbaycanda qeyri-neft sektorunun dəstəklənməsi və inkişafı sahəsində dövlətin həyata keçirdiyi tədbirlərin müəyyən dərəcədə effektiv olduğunu təsdiq edib.