Ayağı yoxdur, lakin "jim" üzrə rekord qırıb Zakın həyat hekayəsi


Digərləri 24 May 2019 07:41:00 220 0

Ayağı yoxdur, lakin "jim" üzrə rekord qırıb  Zakın həyat hekayəsi

Amerikalı 28 yaşlı Zak Rul ayaqlarını itirməyinə səbəb olan nadir sümük xəstəliyinə baxmayaraq, bodibildinqdə və krossfitdə nəticələr əldə edə bilib. O, bütün bunları bəhanə axtarmayan beyni və bu düşüncəsində ona kömək olan anası sayəsində bacardığını deyir.

Son.az ölkə.az-a istinadən bildirir ki, həyatı hamı üçün nümunə sayıla biləcək Zak Rul haqqında bəzi məqamları təqdim edir:

Dünyaya sümükləri kövrək halda gələn Zakın həyatını xilas etmək, yaşamasını təmin etmək üçün həkimlər ayaqlarını amputasiya etmək məcburiyyətində olublar. O vaxt Zakın 2 yaşı olub.

Buna baxmayaraq, o, həyatını dolu-dolu yaşayıb, bodibildinqlə, sonra krossfitlə məşğul olub.

Valideynləri Zakı adi, bütöv bir uşaq kimi böyütməyə çalışıblar. İstəyiblər ki, nə onun özünə yazığı gəlsin, nə də ətrafında özünə təsəlli axtarsın. Əlilliyinə fikir verməyən Rul isə aktiv həyat tərzi keçirməyin vacibliyinə inananlardan olub.

Zak müsahibələrində bir çox şeydə anasına borclu olduğunu bildirib:

"Anam mənə heç vaxt "yox" deməyib, hətta mən futbol oynamaq istəyəndə də", - o bildirir.

Uşaq yaşlarından Zakın anası onun fiziki olaraq aktiv qalması üçün hər şey edib.

İdman zalına əlil arabasında yollanan Zakı görən məşqçilər şoka düşüblər, əvvəlcə onunla işləməkdən imtina ediblər, ona görə məsuliyyət götürmək lazım olduğunu bildiriblər.

Məktəbdə məşqçilər tərəfindən həvəsdən salınan Zak deyir: "Onlar oynamağımı istəmirdilər, elə bilirdilər ki, ağrıyacağam".


Xəbərə aid fotolar