"Total" hansı səbəbdən Almaniyadakı fəaliyyətini dayandırıb?


Digərləri 23 May 2019 23:15:00 217 0

"Total" hansı səbəbdən Almaniyadakı fəaliyyətini dayandırıb?

Fransanın "Total" neft-qaz korporasiyası Almaniyanın Loyn şəhərindəki neft emalı zavodunun bəzi qurğularında əməliyyatları dayandırıb.

Son.az moneta.az-a istinadən bildirir ki, buna səbəb neft kəmərinə daxil olan çirklənmiş Rusiya nefti ilə bağlı lazımi yoxlamaların həyata keçirilməsidir.

Bu barədə şirkətin yaydığı bəyanatda vurğulanır ki, adətən, neft ötürücü kompleksin ötürücülük gücü gündəlik olaraq 230 min barel təşkil edir.

"Gözlənilir ki, neft emalı zavodu növbəti şənbə günü Polşanın Qdansk alternativ xəttindən tədarük edilən neftin sayəsində fəaliyyətini bərpa edəcək", - bəyanatda qeyd edilir.