"Əməliyyat fotolarımı paylaşacağam"


Digərləri 23 May 2019 22:01:00 200 0

"Əməliyyat fotolarımı paylaşacağam"

Britaniyada populyar TOWIE realiti-şousunun sabiq ulduzu Cemma Kollinnz hazırda ABŞ-dadır. Onun Los-Ancelesdə aparıcılıq etdiyi teleşou sürətlə məşhurlaşır.

Son.az Daily Mail-ə istinadən bildirir ki, dünən sevgilisi Conatan Çebanla birlikdə Beverli-Hillzdə gəzintiyə çıxmış 38 yaşlı C.Kollinz reportyorlarla qarşılaşıb. Bu zaman geyimi sabiq modeli pərt edib.

Kollinzin dediyinə görə, bu yaxınlarda plastik cərrahiyyə əməliyyatına məruz qalacaq. O, çənəsindəki dərialtı piyi çıxartdırmaq istəyir.

"Əməliyyatı və sonrakı vəziyyətimi əks etdirən fotoları İnstagram-da paylaşacağam", - C.Kollinz deyib.